AZ

Anar Abdullayev 30 gün inzibati həbs cəzası aldı

Anar Abdullayev 30 gün inzibati həbs cəzası aldı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə ittiham olunan ictimai fəal Anar Abdullayev həbs olunub.

AFN.az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar verilib.

Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

Qeyd edək ki, Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Seçilən
3
38
afn.az

10Mənbələr