AZ

Tramp Ukraynanı buna məcbur edəcək

ain.az, Sfera.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya ilə sülh sazişi imzalayacağı halda Ukraynanı bəzi ərazilərdən imtina etməyə məcbur edə bilər. 

Sfera.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, Ağ Ev açıq şəkildə bildirib ki, Tramp Moskva ilə Kiyev arasında razılaşmaya vasitəçilik edərsə, Ukrayna çox güman ki, bəzi əraziləri Rusiyaya vermək məcburiyyətində qalacaq.  Nəşr qeyd edir ki, bu mövqe Rusiya Silahlı Qüvvələrinin Luhansk, Donetsk, Xerson və Zaporojjya vilayətlərindəki hərbi uğurları ilə bağlıdır.

Eyni zamanda, Ukraynanın Avropa İttifaqındakı tərəfdaşları Trampın bu mövqeyindən narahatdırlar. Çünki ABŞ prezidenti Kiyevin razılığı olmadan belə razılaşmanı sata bilər.  Qəzet yazır ki, Brüssel buna cavab olaraq alternativ plan hazırlaya bilər.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sfera.az

2Mənbələr