AZ

Abşeronda "London taksi" yandı

BAKI, 12 İyul. TELEQRAF

Bakının Binəqədi rayonunda “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Abşeron rayonunun Fatmayı kəndində “BMW” markalı minik avtomobilinin yanar hissələri və “LONDON TAXİ TX4” markalı minik avtomobilinin mühərrik və ön hissəsi qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
4
teleqraf.com

1Mənbələr