AZ

"Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin ilkin siyahısına daxil edilib

UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Qumral Əsədova jurnalistlərə müsahibəsində deyib.

Qeyd olunub ki, "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır.

"UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən az bir il öncədən ilkin siyahıya salınması tələb olunur. Bundan sonrakı mərhələdə Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək".

Seçilən
6
report.az

1Mənbələr