AZ

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO

2025-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi Nigar Rəsulbəyovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.




Referans xəbər verir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Nigar Rəsulbəyovanın uzun illər müxtəlif instansiya məhkəmələrində çalışdığını, 2007-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb. Nigar Rəsulbəyovanın bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub.



Nigar Rəsulbəyova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.


Sonda Nigar Rəsulbəyova "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub

Seçilən
0
39
referans.az

10Mənbələr