AZ

“Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...”

“Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı davam etdiririk, yaşayırıq. Elə deyil...”

Publika.az xəbər verir ki, bu fikirləri Modern.az-a Tovuz döyüşlərinin 5 ili ərəfəsində müsahibəsində şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova bildirib.

Onun sözlərinə görə, itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır: “Getdikcə ağrı-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm. Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi”.

O. Salmanovanın sözlərinə görə, Tovuz döyüşlərinin baş verdiyi yüksəklik Polad Həşimovun bu dünya ilə son nöqtəsidir.

Bəs Ofelya Salmanova Polad Həşimovun qara xəbərini necə, nə vaxt almışdı?

“Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi, vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: “Siz gedin, mən də gələcəyəm”, - dedi”.

2020-ci il iyunun 14-nə açılan səhər Ofelya Salmanova sübh namazını qılandan sonra yenidən yuxuya gedib... Yuxuda dəhşət içində “Polad!” deyib qışqıranda öz səsinə oyanıb... Çox keçməyib ki, qohumları onlara gəlməyə başlayıblar.

“Mən hələ sağalmamışdım. Fikirləşdim, yəqin, mənim hal-əhvalımı soruşmağa gəlirlər. Saat 8-də gəlmələrinə təəccüblənmişdim. Gələn qohumlar danışırdılar ki, “cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb”. Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən o zaman başa düşdüm...

Seçilən
14
13
publika.az

5Mənbələr