AZ

ABŞ Ukraynaya yüz milyonlarla dollarlıq hərbi yardım edəBİLƏR

ABŞ Prezidenti Donald Tramp Kiyevə yüz milyonlarla dollar dəyərində yeni hərbi yardım paketi təqdim etməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Həmin məbləğ isə ötən il Co Baydenin prezidentliyi dövründə ABŞ Konqresinin təsdiq etdiyi fonddan əldə ediləcək. Qeyd olunur ki, fond Pentaqona ABŞ-nin hərbi anbarlarından Ukrayna üçün silahları çıxarmağa imkan verir. Nəşr xatırladır ki, fondda hələ də təxminən 3,8 milyard dollar saxlanılır.

Ukraynaya bu ayın əvvəlində dayandırılan yardım paketinə Ukraynanın hücum və müdafiə məqsədləri üçün istifadə etdiyi 30 “Patriot” zenit-raket kompleksi və yüksəkdəqiqlikli silahların daxil edildiyi bildirilir. Vəziyyətlə tanış olan mənbələrdən birinin sözlərinə görə, artıq Ukraynaya 155 mm-lik haubitsalar üçün 8000-ə yaxın mərmi və 250 ədəd idarəolunan reaktiv yaylım atəş sistemi daxil olmağa başlayıb, “lakin “Patriot” zenit-raket komplekslərinin gəlib-gəlməyəcəyi və nə vaxt gələcəyi bəlli deyil.

Silahların təhvil verilməsi Trampın iyulun 7-si Rusiya ilə bağlı “NBC News”a verəcəyi əsas açıqlama ilə əlaqələndirir.

Ağ Ev rəhbəri onu da bildirib ki, ABŞ, NATO və Ukrayna arasında razılaşmaya uyğun olaraq alyans Kiyev üçün Amerika silahlarının pulunu ödəyəcək: “Biz NATO-ya silah veririk və NATO bu silahların pulunu 100% ödəyir. Beləliklə, göndərilən silahlar NATO-ya gedir, sonra isə NATO həmin silahları Ukraynaya verir və həmin silahların pulunu ödəyir”.

Seçilən
50
50
redaktor.az

10Mənbələr