Maraqlıdır, bu tip ifadələrdən istifadə nəyə zərər vurur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Rəşad Məcid bildirib ki, bir çox jurnalistlər və sosial media istifadəçiləri bu cür şişirdilmiş ifadələrə tez-tez müraciət edirlər:
“Sosial şəbəkələrdə fəaliyyət göstərən, özlərini jurnalist adlandıran bəzi şəxslər diqqət çəkmək üçün bu tip ifadələrdən istifadə edirlər. Mənim də diqqətimi dəfələrlə belə başlıqlar çəkib. Amma bu yanaşma ifadənin öz mahiyyətinə zərbə vurur. Hər hadisəyə “şok”, “dəhşətli”, “misilsiz”, “dahiyanə” kimi qiymət verməklə oxucuda süni təsir yaradılır. Bu da zamanla sözün dəyərini azaldır”, - deyə o, bildirib.
Rəşad Məcid qeyd edib ki, adi və ya sadə bir hadisənin sensasiya kimi təqdim olunması cəmiyyətin informasiya həssaslığına mənfi təsir göstərir:
3Mənbələr