AZ

Klublararası Dünya Çempionatının finalı Əlirza Fəqaniyə tapşırıldı

İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları arasında keçiriləcək FIFA Klublararası Dünya Çempionatının finalını İran əsilli avstraliyalı hakim Əlirza Fəqani idarə edəcək.

Modern.az xəbər verir ki, qarşılaşma ABŞ-da 13 iyul bazar günü, saat 22:30-da oynanılacaq.

Oyunun baş hakimi Əlirza Fəqaniyə yan hakimlər avstraliyalı Anton Şetinin və Eşli Biçem kömək edəcək.

Dördüncü hakim argentinalı Fakundo Tello olacaq.

Seçilən
11
modern.az

1Mənbələr