56 yaşlı aktyor Culiyan Makmohenin ölüm səbəbi bəlli olub.
BAKU.WS xəbər verir ki, onun beynindəki və boynundakı xərçəngin ağciyərlərinə yayıldığı ortaya çıxıb.
Makmohenin mədə xərçəngindən dünyasını dəyişdiyi bildirilirdi.
Onun uzun müddətdir bu xəstəliklə mübarizə apardığı qeyd edilmişdi. Aktyor Floridanın Clearwater şəhərindəki evində dünyasını dəyişib.
Xatırladaq ki, Culiyan "Nip/Tuck", "Charmed", "FBI: Most Wanted" və "Fantastic Four" adlı ekran işlərində rol alıb.