AZ

Putin ABŞ-ın yeni sanksiyalarına hazırdır – NYT

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyindən xəbərdardır və buna hazırdır.

Axar.az xəbər verir ki, bu barədə "NyuYork Tayms" qəzetinə Kremlin yaxın çevrələrindən olan mənbələr deyib.

Onların məlumatına görə, Rusiya lideri ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində daha sərt hərəkət edə biləcəyinə hazırdır. Bununla belə, qəzetin müsahibləri bildiriblər ki, hazırda Putin bu il Tramp ilə olan təmaslardan məmnundur. Mənbələrdən biri qeyd edib ki, Rusiya prezidenti gələcəkdə sanksiyaların yumşaldılması barədə razılığa gələ biləcəyini gözləyir.

“Blumberq”in şərhçisi Qreq Sallivanın ehtimalına görə, Tramp bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyalar elan edə bilər.

Seçilən
6
1
axar.az

2Mənbələr