İyulun 11-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Xalq artisti Rasim Balayevlə görüş və “Kino həftəsi”nin açılış mərasimi baş tutub.
Pravda.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Xalq artisti Rasim Balayev və rayon sakinləri iştirak ediblər.
Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər sakinlər tərəfindən maraqla qarşılanır.
Tarix: 12 İyul 2025, 15:28