AZ

Zelenski Putinlə görüşündən danışdı: O, insan deyil

BAKI, 12 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə müharibəyə yanaşmasında fərqlərin olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

Zelenski 2019-cu ilin dekabrında Fransada Putinlə uzunmüddətli görüş keçirdiyini deyib. Ukrayna prezidenti Rusiya liderini "emosional qatil" adlandırıb:

"O, insanlıq mənasında insan deyil. O, emosiyasız qatil kimi sadəcə öz işini görür".

Zelenski Putinlə müharibəyə fərqli baxışlarının olduğunu da açıqlayıb:

"Mənim üçün işim həyatımın bir hissəsidir. Mən Ukraynanı həqiqətən sevirəm və sülh istəyirəm. İstəyirəm ki, insanlar bu dövrü xatırlasınlar və mənə hörmət etsinlər. Bu qədər. Amma bu, mənim həyatımın yalnız bir hissəsidir. Putin üçün isə müharibə onun həyatıdır".

Seçilən
8
3
teleqraf.com

10Mənbələr