AZ

Avropa çempionu Bakıda ustad dərsi keçirəcək

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Bakıda cüdo üzrə Avropa Ümidləri turniri və Kodokan ekspertlərinin texniki sessiyası keçiriləcək.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqı (EJU) məşğələləri aparacaq ekspertləri təqdim edib.

Onlardan biri serbiyalı Aleksandar Kukolj olacaq.

EJU-nun məlumatında deyilir: "Avropa cüdosunun ən tanınmış idmançılarından biri olan Kukolj Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır. Tatamidəki ustalığı ilə yanaşı, o, həm də əla müəllimdir. Bu günlərdə Belqradda ustad dərsi keçib. Həmin məşğələyə Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev, həmçinin Azərbaycan kişi yığmasının məşqçisi Slavko Tekiç də qatılmışdı”.

Qeyd edək ki, tədbir iyulun 26-27-də Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
icma.az

3Mənbələr