AZ

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayı 24% artıb

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ Kurortunun Baş direktoru Rinat Abdrahmanov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.

Onun sözlərinə görə, dağ turizmi gəlirli sahələrdən birinə çevrilib: "Keçən il Türkiyədən Almatıya 160 000-dən çox turist gəlib və bu da əvvəlki illə müqayisədə təxminən 7 % artım deməkdir. Azərbaycandan isə 24 % artım var. Bu, insanların türk bölgələri daxilində daha aktiv səyahət etdiyini və bu, ehtiyatlarımızı inkişaf etdirmək üçün böyük potensial olduğunu sübut edir".

O qeyd edib ki, "Şimbulak" Dağ Kurortu təkcə xizək sürmək və istirahət etmək üçün deyil, festival, konsert və mədəniyyət tədbirləri üçün paylaşılan platforma yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
bakivaxti.az

5Mənbələr