“Avropa rəhbərliyi yenidən regionu Rusiya ilə müharibəyə çəkmək istəyir”.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Berlin, Paris və Londonun son bəyanatları və hərəkətləri göstərir ki, bu və bir sıra digər ölkələrdə hakimiyyətə gələn indiki siyasətçilər tarixin dərslərini unudub”, – deyə o qeyd edib.
İyulun 9-da Dövlət Dumasının deputatı Andrey Qurulev bəyan edib ki, Avropa 2030-cu və ya 2031-ci ilə qədər Rusiya Federasiyası ilə müharibəyə hazır olacaq.