Ölkəmizdə bu çox yanğınlar elektrik xətlərində yaranmış qısaqapanmadan baş verir.
Başqa sözlə demiş olsaq, hər hansı bir ustanın çəkdiyi keyfiyyətsiz elektrik xəttindən. Çox təəccüblüdür ki, bu cür naşı və qeyri- peşəkar adamların yaratmaz işindən insanlar nə qədər əziyyət çəkməli olur.
Təbii ki, bu da ev və obyekt sahiblərini narahat etməyə bilməz. Və qısaqapanmadan baş verən yanğınlar tək mənzillərin yanıb kül olması ilə tamamlanmır, çünki belə hadisələr zamanı bəzən evin içində olan insanlar da yanıb məhv olurlar.
Bəs çıxış yolu nədən ibarətdir?Heç şübhəsiz, bunun çox sadə bir cavabı var: mənzillərə və obyektlərə elektrik xətti keyfiyyətli materiallardan istifadə edilməli, bununla yanaşı, bu iş peşəkar və bacarıqlı ustalara həvalə edilməlidir.Bax bundan sonra mənzillərdə qısaqapanma baş verməz və yanğınlar olmaz!!
Emil Faiqoğlu