AZ

Emreli yoxlama oyununda yenə qol vurdu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli bu gün klubu “Kayzerslautern”in (Almaniya) heyətində növbəti matça çıxıb.

Bizim.Media xəbər verir ki, o, İngiltərənin statusuna görə 4–cü liqa hesab edilən Liqa-2 təmsilçisi “Notts Kauint”yə qarşı yoxlama görüşünün iştirakçısı olub.

Emreli start heyətdə meydana çıxıb.

Görüş 4:0 hesabı ilə alman təmsilçisinin xeyrinə başa çatıb. Qollardan 3-ü ilk 10 dəqiqədə vurulub ki, onlardan da birinin müəllifi M.Emreli olub.

Bizim.Media

Seçilən
52
4
bizim.media

5Mənbələr