AZ

Tarixi RAZILAŞMA: Yeni Kaledoniya dövlət statusu alacaq

Fransada Yeni Kaledoniya ərazisində yeni dövlətin yaradılması haqqında saziş imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, arxipelaqın gələcəyini müzakirə edən rəqib siyasi qüvvələr yeni bir dövlətin formalaşdırılması barədə razılığa gəliblər. Həmin dövlət müəyyən dərəcədə Fransadan asılı olaraq qalacaq.

Razılaşma Yeni Kaledoniyaya muxtariyyətin verilməsini, ayrı vətəndaşlığın yaradılmasını, habelə beynəlxalq münasibətlər sahəsində səlahiyyətlərin ötürülməsini nəzərdə tutur. Növbəti mərhələlər isə bu razılaşmanın Fransa parlamentində səsverməyə çıxarılması və adalarda referendumun keçirilməsi olacaq.

2024-cü ilin yazında Yeni Kaledoniyada konstitusiya dəyişiklikləri, xüsusilə də miqrantlara seçki hüququnun verilməsi ilə bağlı iğtişaşlar baş vermişdi.

Xatırladaq ki, Yeni Kaledoniya Sakit okeanda yerləşən Fransaya məxsus inzibati-ərazi vahididir. Burada Parisin hakimiyyəti Fransa prezidenti tərəfindən təyin olunan ali komissar vasitəsilə təmsil olunur, icraedici hakimiyyəti isə yerli hökumət həyata keçirir.

Musavat.com

Seçilən
9
5
musavat.com

6Mənbələr