AZ

Azərbaycan təyyarələri niyə Zəngəzur üzərindən uçmağa başlayıb?..-RƏSMİ

Ermənistan Respublikasının Mülki Aviasiya Komitəsi "Sputnik Ermənistan"-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yollarının (AZAL) bəzi təyyarələrinin uçuş marşrutlarının dəyişdirilməsinin səbəbini açıqlayıb.
 
Moderator.az-ın tert.am-a istinadla verdiyi xəbərdə deyilir ki, tipik olaraq, Bakıdan Naxçıvana və əksinə, mülki aviareyslər Ermənistanın Vayots Dzor və Geqarkunik vilayətləri vasitəsilə həyata keçirilir. Bununla belə, müşahidə etdik ki, son vaxtlar Sünik vilayəti(Zəngəzur) üzərindən bəzi reyslər vaxtaşırı fəaliyyətə başlayıb.
 
Mülki Aviasiya Komitəsindən erməni nəşrinə cavab olaraq bildirilib ki, "mülki hava gəmiləri üçün hava hərəkəti beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prosedurlara uyğun həyata keçirilir".
 
“Əlverişsiz hava şəraiti, hava gəmilərinin ekipajlarının tələbləri, təhlükəsizlik səbəbi ilə minimum ayırma tələbləri, eləcə də hava məkanının müvəqqəti məhdudiyyətləri kimi bir sıra amillərə görə hava gəmilərinin marşrutunun dəyişdirilməsi adi və qəbuledilmiş təcrübədir”, - deyə məlumatda bildirilib.
 
 
Seçilən
32
2
moderator.az

3Mənbələr