Ölkəmizdə işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Əhməd Əl Şaraa xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.