AZ

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum

Cəbrayıl, 12 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan hökumətinin evlərini itirmiş insanlara ümid olaraq onları doğma yurdlarına qayıtmaqları istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfər edən dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvü, filippinli səyyah Cesarine Janette Cordero deyib.

"İlk dəfədir ki, Azərbaycana səfər edirəm. Burada olarkən mən Azərbaycanda əvvəllər baş vermiş xoşagəlməz hadisələrin izlərini, o cümlədən insan həyatı üçün təhlükəli olan minaları görə bildim.

Xoşbəxtəm ki, Azərbaycan hökumətinin evlərini itirmiş insanlara ümid olaraq onları doğma yurdlarına qayıtmaqları istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum. Hazırda Azərbaycan, heç bir insanın yaşamamalı hadisələri yaşayan insanlar üçün yeni həyat təmin etməyə çalışır", - deyə o, əlavə edib.

Qeyd edək ki, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb. Onlar Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət ediblər. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağa və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyyahlar səfər edib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 14-cü qrup səfəridir.

 

Seçilən
4
3
azertag.az

4Mənbələr