AZ

Anksiyeta və depressiyaya qarşı TƏBİİ YOL

ain.az bildirir, News24 portalına istinadən.

Klinik psixoloq İlayda Kutevuya görə, “yavaş yaşam” (slow living) stresli və sürətli həyatın yaratdığı anksiyete, tükənmişlik və depressiya kimi problemlərə qarşı effektiv və təbii bir üsuldur.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Bu fəlsəfə minimalizm, rəqəmsal detoks, təbiətlə təmas və mindfulness kimi anlayışlara əsaslanır. Hər şeyi daha sürətli etmək yerinə, az və mənalı yaşamağı təşviq edir.

Tövsiyələr:

Gündə 5 dəqiqə heç nə etmədən istirahət edin

Sosial mediadan uzaq qalın: Bildirişləri bağlayın, səhər telefona baxmağı gecikdirin

Təbiətdə vaxt keçirin, yazı yazın, səssizlikdən zövq alın

Hər şeyə "bəli" demək məcburiyyətində deyilsiniz

Bu yaşam tərzi yalnız böyüklər üçün deyil, uşaqlar və gənclər üçün də faydalıdır. Uşaqlar da yarış və təzyiqdən uzaq, yavaş və rahat bir mühitdə özlərini daha yaxşı tanıyıb güvən qazana bilərlər.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news24.az

2Mənbələr