AZ

“Louis Vuitton”a kiberhücum – Müştəri məlumatları oğurlandı

Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı müştəri məlumatlarının kiberhücum nəticəsində oğurlandığını açıqlayıb.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, LVMH qrupuna məxsus marka hakerlərin İngiltərədəki əməliyyat sistemlərinə icazəsiz daxil olaraq adlar, əlaqə vasitələri və alış-veriş tarixçəsi kimi məlumatları əldə etdiyini bildirib.

Şirkət müştərilərə təsəlli verərək bildirib ki, bank kartı və digər maliyyə məlumatları sızmayıb. Lakin e-poçt vasitəsilə göndərilən xəbərdarlıqda qeyd olunub ki, məlumatların oğurlanması fişinq və fırıldaqçılıq cəhdlərinə yol aça bilər.

Məlumata görə, hücum iyulun 2-də baş verib. Bu, LVMH sistemlərində son üç ayda qeydə alınan üçüncü pozuntu hadisəsidir.

Məsələ ilə bağlı məlumat Britaniyanın Məlumat Komissarlığına da təqdim edilib.

Seçilən
3
5
konkret.az

6Mənbələr