AZ

Nəsiminin Hələbdəki məzarı BƏRPA EDİLƏCƏK

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün rəsmi səfərlə Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Qeyd edək ki, Suriyada Əsəd hakimiyyəti dövründə iki ölkə arasında durğunluq yaşanıb. Yeni hakimiyyət Azərbaycanla əlaqələrə xüsusi önəm verir. 

Görüşdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi bəyan edilib. Liderlər iki ölkə arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Məlum olduğu kimi, Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

Əsəd hakimiyyəti illərində Nəsiminin məzarı baxımsız qalıb, vətəndaş müharibəsi illərində isə bəzi hissələri dağılıb.

Modern.az-ın məlumatına görə, Nəsiminin məzarının bərpa edilməsi müzakirə edilir.

Məlumata görə, məzarın bərpası məsələsi bugünkü görüşlərdə də gündəmə gəlib.

Rəsmi açıqlamada deyilir ki, liderlərin görüşündə mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. 

Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi “Cahana sığmayan şairin qərib məzarı” alı məqaləsində böyük şairdən bəhs edib. Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. 

Elnur Əmirov

Seçilən
3
6
modern.az

7Mənbələr