AZ

Çörəyin qiyməti artdı: Yeni qiymətlər AÇIQLANDI

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə Ticarət Palatası yeni çörək qiymətlərini təsdiqləyib. 

Bu barədə News24.az Haber Global-a istinadən xəbər verir. 

Qərara əsasən:

200 qram çörək – 15 TL

1 kiloqram çörək – 75 TL

Əvvəllər 200 qram çörək 12,5 TL idi. İndi isə bəzi bölgələrdə, məsələn Adalarda 10% əlavə artımla bu qiymət 16,5 TL-yə qədər çata bilər.

Yeni tarif rəsmi maksimum qiyməti təyin edir. Fırınlar bu qiymətdən ucuz sata bilər, amma bahasına yox. Məsələn, 240 qram çörək isə 18 TL-yə satıla bilər.

Vətəndaşlar düzgün olmayan qiymət və çəkidə çörəklə qarşılaşdıqda Ticarət Müdirliyinə şikayət edə bilər.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
news24.az

10Mənbələr