AZ

İstanbulda hər iki tərəf eyni otaqda olsa da... - Kislitsa

Ukrayna-Rusiya danışıqlarının formatı praktiki olaraq tükənib.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa deyib.

O qeyd edib ki, İstanbulda humanitar komponentdən başqa heç bir danışıqlar aparılmayıb, baxmayaraq ki, hər iki nümayəndə heyəti eyni otaqda, bir-biri ilə üzbəüz oturublar:

"Bu elə bir vəziyyət idi ki, birinci və ikinci İstanbul görüşlərində Rusiya tərəfi öz ultimatum tələblərini irəli sürdü. Bu, hətta klassik mənada "maksimalist" yanaşma deyildi, o zaman ki, bütün seçimlər var və siz maksimumu əldə etmək üçün yüksək məqsədlərə can atırsınız".

Seçilən
22
1
axar.az

10Mənbələr