AZ

ABŞ-ın rüsum tətbiqinə AB-nin cavabı gecikmədi

ABŞ-ın Avropa ixracatına 30%-lik tarifləri əsas transatlantik təchizat zəncirlərini sarsıdacaq.

Azreform.info xəbər verir ki, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampın avqustun 1-də tətbiq edəcəyi yeni tariflər barədə məktubuna cavab olaraq bildirib.

“Avropa Birliyi avqustun 1-dək ABŞ-la razılığa gəlməyə çalışacaq, eyni zamanda əks tədbirlər hazırlayacaq”, - AK rəhbəri bəyan edib.

Avropa Komissiyasının rəhbəri həmçinin vurğulayıb ki, Avropa Birliyi eyni vaxtda beynəlxalq normalara əsaslanan bütün digər tərəfdaşlarla ticarət əlaqələrini dərinləşdirəcək.

Qeyd edək ki, avqustun 1-dən etibarən ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edəcək.(axar.az)

Seçilən
10
50
azreform.info

10Mənbələr