BAKI, 12 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə yalnız Kiyev təslim olduqdan sonra razılaşacaq.
Teleqraf xəbər verir ki, Ukraynanın xarici işlər nazirinin müavini Serhiy Kislitsa yerli nəşrlərə açıqlamasında belə deyib.
Nazir İstanbuldakı Rusiya nümayəndə heyətinə istinadən bildirib: "Putinin mandatı (İstanbul danışıqlarında – red.) təslim olmağa məcbur etməkdir. Onların məntiqi bizimkinin əksinədir. Biz deyirik: gəlin, liderlərin görüşünə şərait yaratmağa, razılıq əldə etmək üçün əlverişli konstruktiv mühit yaratmağa töhfə olaraq atəşkəs yaradaq. Onlar açıq şəkildə deyirlər: "Xeyr, ilk növbədə siz bizim tələblərimizi qəbul edəcəksiniz və yalnız bundan sonra biz liderin görüşünü təşkil edəcəyik".