AZ

İrəvanı etraz dalğası bürüdü

İrəvanın mərkəzində erməni separatçıların təşkil etdiyi mitinq keçirilir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Aksiya "Artsax" Xalqının Hüquqlarını Müdafiə Şurası tərəfindən təşkil olunub.

Şura nümayəndəsi Artak Beqlaryanın sözlərinə görə, şəhər hakimiyyəti mitinqə icazə verib, lakin polis və İrəvan meriyası iştirakçıların parlament və hökumət binalarına yürüş etməsinə qadağa qoyub. Bununla əlaqədar təşkilatçılar Azadlıq meydanında oturaq aksiya keçirmək qərarına gəliblər.

Şuranın üzvü Artak Mkrtçyan deyib ki, yürüş baş verərsə, polis güc tətbiq edəcək: “Biz burada qalırıq, oturaq nümayişə başlayırıq və sonuncu çıxacağıq”.

Seçilən
174
24
publika.az

10Mənbələr