AZ

Gəncədəki partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır

Bir neçə gün əvvəl Gəncədə fərdi yaşayış evində partlayışla nəticələnən yanğında xəsarət alan şəxs ölüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Ş.Musayev bu gün səhər saatlarında müalicə aldığı Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzində vəfat edib.

Xatırladaq ki, hadisə iyul ayının 4-də baş verib. Nəticədə ev sahibi 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Yanıq xəsaərtləri alan şəxsin vəziyyəti ağır olduğuna görə elə həmin gün Bakı şəhərinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən şəxs Kəlbəcər hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Elməddin Musayevin atasıdır.

Bizim.Media

Seçilən
4
12
bizim.media

10Mənbələr