Ukraynanın müdafiəsinə dair Təmas Qrupunun (“Ramşteyn formatı”) növbəti iclası yaxın 10 gün ərzində keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin general-mayoru Kristian Fröydinq iyulun 12-də Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı məlumat verib.
Xatırladaq ki, bu formatda sonuncu görüş 4 iyun tarixində NATO-nun Brüsseldəki qərargahında baş tutub.