AZ

Ərdoğan İraqın Baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.

 

Senzor.az Türkiyə liderinin dəftərxanasının yaydığı məlumata istinadən bildirir ki, tərəflər PKK terror qruplaşmasının tərksilah edilməsinin başlanmasını müzakirə ediblər.

 

"Söhbət zamanı Türkiyə ilə İraq arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, "Terrorsuz Türkiyə" prosesi həssaslıqla həyata keçirilir, Ankara regionda terrordan birdəfəlik xilas olmağa çalışır, addımlar qətiyyətlə davam etdiriləcək və bu prosesi pozmağa çalışanlara qarşı sayıq mübarizə aparılacaq", - məlumatda qeyd olunur.

 

Xatırladaq ki, PKK döyüşçülərinin tərksilah edilməsi prosesi cümə günü səhər İraqın şimalında yerləşən Süleymaniyə şəhərində keçirilib, Türkiyə hakimiyyəti kürd döyüşçüləri ilə çoxillik münaqişəyə son qoymağı və "Terrorsuz Türkiyə" təşəbbüsünü həyata keçirməyi planlaşdırır.

 

Proses 3-4 ay ərzində başa çatacaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) və Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında keçiriləcək.


Seçilən
11
13
senzor.az

10Mənbələr