AZ

Meksika Prezidenti ABŞ-ın gömrük rüsumları ilə bağlı razılaşmanın əldə olunacağına ümid edir

Meksika Prezidenti Klaudia Şeinbaum ölkəsinin ABŞ-la razılaşmaya nail olacağına və Meksika məhsullarına qarşı nəzərdə tutulan gömrük rüsumlarının tətbiqinin qarşısını alacağına ümidvar olduğunu bildirib.

APA xəbər verir ki, O, bu barədə ABŞ Prezidenti Donald Trampın 1 avqustdan Meksikadan idxal olunan mallara 30 faizlik tarif tətbiq ediləcəyi ilə bağlı məktubunu şərh edərkən deyib.

Şeinbaum vurğulayıb ki, Meksika hökuməti məsələnin diplomatik yolla həllinə çalışır və ticarət münasibətlərində gərginliyin qarşısının alınmasına ümid edir.

Seçilən
18
1
apa.az

2Mənbələr