AZ

Vuçiç: Serbiya ABŞ ilə əməkdaşlıq etmək niyyətindədir

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiya Birləşmiş Ştatlarla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə o, ABŞ Dövlət Departamentinin nümayəndəsi Brendon Hanrahanla görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Serbiya ilə ABŞ arasında strateji tərəfdaşlıq və əməkdaşlığın enerji sahəsindən süni intellektə qədər bütün istiqamətlər üzrə inkişafını müzakirə etdik. İki ölkə arasında məhsuldar iqtisadi əməkdaşlıq münasibətlərimizin əsasını təşkil etməlidir”, – deyə Vuçiç qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Serbiya sülh və sabitliyin qorunmasına sadiq qalır və açıq məsələlərin həllində beynəlxalq hüququn əsaslarına əsaslanan dialoqu yeganə yol kimi qəbul edir.

Seçilən
19
1
apa.az

2Mənbələr