AZ

Çinlə Yaponiya arasında hava və dəniz təhlükəsizliyi gərginliyi artır

​BAKI, 13 iyul. TELEQRAF

Yapon hərbi gəmilərinin və təyyarələrinin Çinlə bağlı kəşfiyyat fəaliyyəti iki ölkə arasında dəniz və hava məkanında təhlükəsizlik risklərinə səbəb olur.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

“Son zamanlar Yaponiyanın Özünümüdafiə Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarələri dəfələrlə Şərqi Çin dənizində Çin Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası ərazisinə daxil olaraq yaxın məsafədən kəşfiyyat aparıb”, – o bildirib.

Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin təyyarələri qanunvericiliyə uyğun şəkildə yapon hərbi aviasiyasını yoxlayıb, tanıyıb, izləyib və müşahidə edib. Bu hərəkətlər tamamilə qanuni, məqsədəuyğun və peşəkar şəkildə həyata keçirilib.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiyanın Liberal-Demokrat Partiyası (LDP) “Asiya NATO-su” formatında bir ittifaqın yaradılmasını müzakirə etməyə başlayıb. Bununla əlaqədar olaraq partiyanın qərargahında xüsusi komitə də yaradılıb. Lakin LDP-nin bir çox üzvü bu ideyaya skeptik yanaşır. Onlar hesab edirlər ki, bu təşəbbüsün reallaşdırılması çətin olacaq və Yaponiya Konstitusiyasına dəyişiklik edilməsini tələb edəcək.

Seçilən
28
teleqraf.com

1Mənbələr