AZ

SpaceX” şirkəti “Grok” çat-botuna 2 milyard dollar sərmayə qoyacaq

İlon Maskın sahibi olduğu “SpaceX” aerokosmik şirkəti onun süni intellekt layihəsi olan “xAI” startapına 2 milyard dollar həcmində sərmayə qoyacaq.

Bu barədə “Wall Street Journal” şirkətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu vəsait iyunda elan edilən 5 milyard dollarlıq səhmdar kapitalının cəlbi çərçivəsində həyata keçirilir. Məlumata görə, “xAI” bu investisiyadan əlavə 5 milyard dollar məbləğində borc vəsaiti də əldə edib.

İnvestorların bildirdiyinə əsasən, ilin sonuna qədər “xAI” daha böyük məbləğdə maliyyə vəsaiti cəlb etməyi planlaşdırır. Startap Maskın yaratdığı süni intellekt əsaslı çat-bot “Grok”un inkişafı ilə məşğuldur.

AzPost.az

Seçilən
62
1
azpost.info

2Mənbələr