Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekinə işgüzar səfər edib.
Publika.az xəbər verir ki, onun iyulun 14-ü və 15-də Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir.
Xarici işlər nazirinin Asiya turunun son dayanacağı Çin olub. Lavrov bu yaxınlarda Malayziya və Şimali Koreyaya səfər edib.