ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel istefaya getməyi düşündüyü barədə yayılan xəbərləri təkzib edərək, bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Sui-qəsd nəzəriyyələri reallığa uyğun deyil və heç vaxt da uyğun olmayıb", - Patel bildirib.
O, Amerika lideri Donald Trampa xidmət etməkdən şərəf duyduğunu vurğulayıb və əlavə edib ki, ABŞ Prezidentinin ona ehtiyacı olduğu müddətcə bunu edəcək .