Ajans.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi "Fars" məlumat yayıb. Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binaya endirdiyi hava zərbəsi nəticəsində yaralanıb. Görüşdə Pezeşkiandan başqa, parlamentin spikeri Məhəmməd-Bağer Qalibaf, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər. Məlumata görə, İsrail binaya ən azı 6 bomba atıb və beləliklə, təxliyə yollarını bağlayıb.