Qazaxda əkin sahəsindən orta yaşlı kişi meyiti tapılıb.
"Unikal"ın məlumatıma görə, hadisə rayon ərazisində baş verib. Belə ki, Ağstafa rayon sakini S.Qurbanovun Qazax rayonu ərazisində olan əkin sahəsində meyiti aşkarlanıb. Mərhumun ürəktutmasından öldüyü bildirilir. Məlumata görə, həmin şəxsin meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb.S.Qurbanov traktorla əkin sahəsində əkin işləri görürmüş Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Tural Əhmədov