AZ

Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı

Bu gün futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında keçiriləcək. Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalda London təmsilçisi Braziliyanın “Fluminense” kollektivini, Paris klubu isə İspaniya “Real Madrid”ini mübarizədən kənarlaşdırıb.

Seçilən
3
3
operativmm.az

4Mənbələr