Daşkəsən rayonunda 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü S.Quluzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Gəncin hansı səbəbdən zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.