AZ

Naxçıvanda əmi qardaşı oğlunu öldürdü

Naxçıvanın Şərur rayonunda qətl hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Daşarx kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu, həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Sabir İbrahim oğlu tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, İbrahim Sabirin qardaşı oğludur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
5
17
unikal.az

10Mənbələr