İsrailin “Dror-1” rabitə peyki iyulun 13-də ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan buraxılıb.
Bakues.az yerli “12-ci Kanal”a istinadən xəbər verir ki, peyk İlon Maskın “SpaceX” şirkəti tərəfindən “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb.
Kanalın məlumatına görə, layihənin dəyəri təxminən 200 milyon dollardır.
“Aviasiya sənayesi” (“Taasia avirit”) konserni tarixdə ilk dəfə olaraq İsrailin kommersiya peyk şirkətlərindən xidmətlər almaq əvəzinə öz milli rabitə peykinə sahib olacağını açıqlayıb. “Dror-1″in ilk növbədə müdafiə sisteminin ehtiyacları üçün təxminən 15 il ərzində peyk rabitə ehtiyaclarını təmin edəcəyi gözlənilir. Məsələn, İrana qarşı hərbi kampaniya zamanı İsrail Ordusu ölkə ərazisindən təxminən 2 000 km məsafədə pilotlu və pilotsuz uçuş aparatlarından istifadə edib. Rabitə şəbəkələrinin (qırıcılar və yanacaqdoldurma məntəqələri) və yüksək dəqiqlikli silahların istismarı da daxil olmaqla bütün rabitə peyk əlaqəsi tələb edir.
Peykin çəkisi 4,5 tondur və qanadları 18 metrdir. O, 36 min km yüksəklikdə sabit nöqtədə yerləşdiriləcək ki, bu da birbaşa əlaqə yaratmağa imkan verəcək.