AZ

Söz-söhbətlər yayıldı və çox əsəbiləşdim... - Manaf Ağayevdən etiraf

Müğənni Manaf Ağayev bir müddət efirə çıxmamasının səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində özünə qadağa qoyduğunu bildirib:

"Bir ara çox əsəbiləşdim, həm aparıcılara, həm də özümə. Aparıcılar hamısı mənim dostumdur. Çalışıram ki, verilişlərinə gedim. Amma mən onların qəlbinə dəyməmək üçün nə qədər əziyyət çəkirəm. Təsəvvür edin ki, səhər 9-10 üçün proqrama çağırırlar. Mən də Mərdəkandayam və gecə saat 4-dən tez yatmıram. Həmin gün tutaq ki, sənə görə gəldim. Mənə çünki o vəziyyətdə Mərdəkandan qaça-qaça gəlmək lazım deyil. Proqrama da gəlirsən və elə söhbətlər, sözlər eşidirsən ki, əsəb, problem yaranır. Sonra da özümə deyirəm ki, mənə lazımdır? Mən buna görə verilişə gedirəm ki, efiri yaxşı alınsın. Söz-söhbətlər yayıldı və çox əsəbiləşdim. Sinirlərim yerində deyildi".

Seçilən
26
9
publika.az

10Mənbələr