AZ

İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi

Bir neçə gündür sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri müzakirə mövzusudur.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, həmin qeyri-etik görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyev öz ərizəsi ilə işdən çıxıb.

Bu hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Fəxrəddin Quliyev həmin görüntüləri ilə şantaj da edilibmiş.

Yayılan görüntülərdən aydın olur ki, video üçüncü bir şəxs tərəfindən yox, şöbə müdiri ilə münasibətdə olan həmin qadının özü tərəfindən çəkilib. Sonra həmin görüntülər müəyyən şəxs və ya şəxslər tərəfindən Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilib.

F.Quliyev qarşı tərəflə razılığa gəlmədiyi üçün video sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Qeyd edək ki, F.Quliyevin həkim kimi fəaliyyətindən çoxsaylı şikayətlər olub. Onun oğlunun da adı bir neçə qalmaqalda hallanıb.

Xəbər 101 dəfə oxunub.
Seçilən
13
8
xezernews.az

10Mənbələr