AZ

“Ukraynalı polkovnik Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb” – UTX


“Ukraynada xüsusi xidmət polkovniki İvan Voroniç Rusiya agentləri tərəfindən öldürülüb”.
Yeniavaz.com
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına istinadən xəbər verir ki, qətl Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən törədilib.
UTX-nin bəyanatında deyilir ki, Kiyev vilayətində saxlanılarkən onlar müqavimət göstəriblər və öldürülüblər.
Xidmət rəhbəri Vasil Malyuk onları “Rusiya FTX-nin agent-döyüş qrupu” adlandırıb:
“Aparılan əməliyyat-istintaq və əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin yuvası aşkar edilib. Saxlanılan zaman müqavimət göstəriblər, atəş açıblar. Ona görə də onıar məhv edilib”.
UTX  iddia edir ki, Voroniç iki nəfər - kişi və qadın tərəfindən qətlə yetirilib. Kuratorlarının göstərişi ilə onlar polkovnikin izləyib və onun hərəkət marşrutlarını təyin ediblər. Sonra kurator onlara səsboğuculu tapançanın yerləşdiyi anbarın koordinatlarını verib.
Seçilən
30
19
yeniavaz.com

10Mənbələr