AZ

Almaniya bu mühüm sursatın istehsalını qurdu – Ukraynaya vermək üçün ABŞ-dan icazəyə ehtiyac olmayacaq

Almaniya Amerikanın “Patriot” zenit-raket kompleksləri üçün raket istehsalı xəttini açıb.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya Müdafiə Nazirliyində Ukraynaya yardım qərargahının koordinatoru, general-mayor Kristian Freydinq açıqlayıb.

Generalın sözlərinə görə heç bir baxımdan ABŞ-dan asılı olmadan qurulan istehsal nəticəsində əldə olunan sursatın bir hissəsi potensial olaraq Ukraynaya verilə bilər.

Freydinq jurnalistlərə bildirib ki, Almaniyanın istehsal xəttində yığılacaq “Patriot” raketlərinin ilk tədarükü 2026-2027-ci illərdə gözlənilir. General-mayor əmin edib ki, Almaniya ABŞ-ın razılığı olmadan “Patriot” raketlərini Ukraynaya ötürə biləcək. O, bu istehsal xəttinin bundan sonra da Avropa xarakterli olacağını vurğulayıb.

Musavat.com

Seçilən
15
20
musavat.com

10Mənbələr