AZ

Xaçmazda yanğın: Ot tayası qəfil alışdı

Xaçmazın Çarxı kəndində güclü yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, kənd sakini Rüstəm Feyziyevə məxsus həyətyanı sahədə ot tayası qəfil alışıb.

Yanğın qısa zamanda genişlənib, tövləyə keçib. Nəticədə ev sahibinə məxsus ot bağlamaları, ev quşları və taxıl yanıb. pizza hut

Yanğınsöndürən briqadanın səyi ilə yanğın məhdudlaşdırılıb, hazırda soyutma işləri görülür.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
49
6
yenisabah.az

7Mənbələr